Bank Of Baku

XİN rəhbəri: Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir

XİN rəhbəri: Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir
# 27 aprel 2023 13:48 (UTC +04:00)

Yaxın zamanda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan fiziki görüşlər keçirməməklə yanaşı, şərtlərin verilməsi prosesində də ciddi ləngimələrə səbəb olur: “Son dəfə Ermənistandan sülh müqaviləsi ilə bağlı şərtləri almaq üçün 6 həftə vaxtımız getdi. Bu da prosesin gedişatı ilə üst-üstə düşən hal deyil”.

Ceyhun Bayramov vurğulayıb ki, delimitasiya prosesi üçün son bir neçə ay ərzində bəzi bəlli işlər getsə də, Ermənistan daha intensiv və dinamik hərəkət edə bilərdi: “Azərbaycan dövləti tərəfindən yerli ermənilərin reinteqrasiyası ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycan tərəfindən nümayəndənin təyin edilməsi, növbəti mərhələ danışıqların Bakıda keçirilməsi üçün iki dəfə çağırışın edilməsini biz pozitiv olaraq görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR