Bank Of Baku

XİN sözçüsü: Azərbaycanlı hərbçilər Ermənistanda şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıb

Azərbaycan Xİn sözçüsü Ayxan Hacızadə

© APA | Azərbaycan Xİn sözçüsü Ayxan Hacızadə

# 13 aprel 2023 16:30 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına işgəncə verilməsi faktına münasibət bildirib.

APA xəbər verir ki, XİN sözçüsü Ayxan Hacızadə bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıb. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!", - XİN sözçüsü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR