Bank Of Baku

XİN: Türkiyədə zəlzələdə həlak olan 4 vətəndaşımız dəfn olunub, 4 tələbənin cənazəsi isə sabah Azərbaycana yola salınacaq

XİN: Türkiyədə zəlzələdə həlak olan 4 vətəndaşımız dəfn olunub, 4 tələbənin cənazəsi isə sabah Azərbaycana yola salınacaq
# 15 fevral 2023 11:40 (UTC +04:00)

Türkiyədə zəlzələ nəticəsində həlak olmuş 4 Azərbaycan vətəndaşı ölkəyə gətirilərək dəfn olunub, 4 azərbaycanlı tələbənin cənazəsi isə 16 fevral tarixində Türkiyədən Azərbaycana yola salınacaq.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, cənazələrin ölkəyə yola salınmasının saatı konkret deyil: “İlkin versiya kimi 02:00 nəzərdə tutulub, amma aydın məsələdir ki, gecikmələr də ola bilər”.

Qeyd edək ki, fevralın 6-sı səhərə yaxın və ondan 9 saat sonra Türkiyədə baş vermiş zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR