Bank Of Baku

YAP nümayəndə heyəti AK Partiya sədrinin müavini ilə görüşüb - FOTO

YAP nümayəndə heyəti AK Partiya sədrinin müavini ilə görüşüb - FOTO
# 23 may 2023 18:00 (UTC +04:00)

Türkiyədə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti AK Partiya sədrinin müavini Hamza Dağla görüşüb.

APA-nın İzmirə ezam olunan müxbiri xəbər verir ki, görüş zamanı Hamza Dağ bildirib ki, Azərbaycan Türkiyə üçün çox böyük önəm kəsb edir:

"Can Azərbaycanı həm diplomatik və hər iki ölkə liderinin birliyi baxımından tək millət kimi görürük. Cənab İlham Əliyevin dediyi kimi, tək yumruğuq. Hər zaman iş birliyimiz olub. Son illərdə isə bu zirvəyə çatıb".

Sədr müavini qeyd edib ki, Qarabağın Azərbaycana qayıtması arzuları olub: “Çox şükürlər olsun ki, bu, baş verdi. Biz buna çox sevindik. Hazırda Qarabağda yenidənqurma işləri görülür. Biz yenidənqurma işlərində də Azərbaycanın yanındayıq. Hazırda Türkiyə şirkətləri də Qarabağda yenidənqurma işlərinə cəlb edilib".

Görüş zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR