Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti İzmirdə AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ilə görüş keçirib.
APA-nın İzmirə ezam olunan müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, dostluq əlaqələrindən söz açılıb.
Görüşdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fatma Yıldırım, Mahir Abbaszadə, Sahib Alıyev və Elman Nəsirov iştirak ediblər.