Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Samsun 19 may Universitetinin Ballıca korpusunda olublar.
APA-nın Samsuna ezam olunan müxbiri xəbər verir ki, nümayəndə heyəti Türkiyənin ticarət naziri Mehmet Muş və universitetin rəhbər şəxsləri ilə görüşüblər.
Görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qardaş ölkənin ticarət və hərbi sənaye sahəsində inkişafı ilə bağlı çıxış edib.
Türkiyənin ticarət naziri, hazırda Samsundan millət vəkilliyinə namizəd Mehmet Muş da Azərbaycan nümayəndə heyətini salamlayaraq, Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Sonda xatirə şəkili çəkilib.