Bank Of Baku

YAP nümayəndələri Samsunda yaşayan və təhsil alan azərbaycanlılarla görüşüb - FOTO

YAP nümayəndələri Samsunda yaşayan və təhsil alan azərbaycanlılarla görüşüb - FOTO
# 09 may 2023 20:47 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Samsunda yaşayan, işləyən və təhsil alan azərbaycanlılarla görüşüb.

APA-nın Samsuna ezam olunan müxbiri xəbər verir ki, görüş zamanı nümayəndə heyəti həmvətənlilərimizlə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Azərbaycan-Türkiyə qardaşlığımdan danışıb:

"Türkiyə və Azərbaycan iki dövlət bir millətdir. Dünyadakı bütün türk xalqların qardaşdır. Qardaşlıq münasibətləri bundan sonra daha da yaxşılaşacaq. Türkiyə dünyada sözünü deyən ölkədir. Biz də bununla fəxr edirik. Türkiyə 44 günlük Vətən müharibəsi başlayan ilk gündən etibarən Azərbaycanın yanında olub. Biz bir yumruğuq".

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri, millət vəkilləri İlham Məmmədov, Ramin Məmmədov, Nəsib Məhəmməliyev, YAP-ın Pirallahı rayon təşkilatının sədri Emil Abasov, partiyanın mərkəzi aparatının məsul əməkdaşı Elmar Məmmədov çıxış edərək, qardaş ölkənin qlobal ərzaq təhlükəsizliyində mövqeyi, Türk dövlətinin birliyinin formalaşması, Şərqi Avropa ölkəsi olan Macarıstanın bu birliyə cəlb olunması, türk hərbi sənayesinin uğurları və Türkiyədə baş verən zəlzələdə Azərbaycanın qardaş köməyi barədə geniş və ətraflı danışıblar.

Daha sonra burada yaşayan və təhsil alan azərbaycanlıların sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR