Yaşar Gülər: Qarabağdakı lokal antiterror tədbirləri uzunmüddətli sülhə doğru addım olacaq

Yaşar Gülər: Qarabağdakı lokal antiterror tədbirləri uzunmüddətli sülhə doğru addım olacaq
# 22 sentyabr 2023 17:43 (UTC +04:00)

Ümid edirəm ki, bu tədbirlər (Qarabağda lokal antiterror tədbirləri - red.) gələcəkdə uzunmüddətli sülhə doğru bir addım olacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Milliyet” qəzetinə müsahibəsində Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, xüsusən də Ermənistan üzərinə düşən vəzifələri və razılaşmaları yerinə yetirildiyi halda bölgədə tam sülh və əmin-amanlıq mühiti yaranacaq. Türkiyəli nazir onu da əlavə edib ki, Azərbaycan ermənilərin təxribatlarına lazım olan şəkildə cavab verib.

“Qarabağda 44 gün ərzində başa çatan müharibənin sonunda Ermənistan atəşkəs sazişi imzalayıb. İmzaladığınız müqavilə var və onun şərtlərinə əməl etməlisiniz. Bunların hamısı qanla yazılıb, şəhidlər verilib, qazilərimiz var və bunun nəticəsində bir müqavilə var. İndi “mən əməl etmirəm, Zəngəzur dəhlizini açmayacağam” deyimi qəbul oluna bilərmi?”, o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR