Yeni kaledoniyalı komitə sədri: Dırnaqarası referendum kanak xalqının haqlarını qəsb edir

Yeni kaledoniyalı komitə sədri: Dırnaqarası referendum kanak xalqının haqlarını qəsb edir
# 18 aprel 2024 15:56 (UTC +04:00)

“Biz referendum məsələsinə yenidən baxılması məqsədilə öz haqlı etirazımızı bildirmişik”.

APA-nın xəbərinə görə, bu fikirləri Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusunda konfrans zamanı söyləyib.

“Biz referenduma yenidən baxış keçirilməsini istəyirik. Bu məqsədlə artıq öz şikayətimizi müvafiq qaydada göndərmişik. Bu dırnaqarası referendum kanak xalqının haqlarını qəsb edir. Məhz həmin səbəbdən ona qarşı mübarizə aparırıq. Azərbaycana müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə minnətdarlığımızı bildiririk” – O. Naiselin fikirlərini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR