Bank Of Baku

Yeni kaledoniyalı müvəkkil: Fransa üzərinə götürdüyü öhdəlikləri icra etmir

Yeni kaledoniyalı müvəkkil: Fransa üzərinə götürdüyü öhdəlikləri icra etmir
# 02 mart 2023 16:46 (UTC +04:00)

Əlcəzairdə törədilən cinayətləri və Fransa Prezidenti Emmanuel Makronun bugünkü siyasətini nəzərə alsaq görərik ki, onlar dayanmaq bilmir. Haradasa bir yerdə onları dayandırmaq lazımdır.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili jurnalistlərə açıqlamasında deyib.

O, Fransa Prezidenti Emmanuel Makronun siyasətinə etiraz edərək Yeni Kaledoniyanın resurslarına Fransanın əl qoyması və mənimsəməsinə diqqət çəkib. Maykl Forrest Yeni Kaledoniyanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və Qoşulmama Hərəkatına sədrliyində perspektivlər gördüklərini deyib: “Azərbaycan suverenliyimiz baxımından da bizə dəstəkdir. Müəyyən perspektivlər var ki, onun üzərində Azərbaycanla birgə işləmək istəyərdik. Azərbaycanın sədrlik etdiyi belə bir hərəkatda ümid edirik ki, bu məsələlər kağız üzərində qalmayacaq və reallığa çevriləcək”, - o deyib.

Maykl Forrest Yeni Kaledoniya regionun 3 dəfə referendum keçirdiyini və Beynəlxalq Ədalət Məhkəməsində Fransanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyib. O, Yeni Kaledoniyanın beynəlxalq müstəvidə tanınmaq və müstəqilliyini qazanmaq niyyətində olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR