Bank Of Baku

Yuşşenko: Bakı artıq Davos kimi siyasi mərkəzə çevrilib

Yuşşenko: Bakı artıq Davos kimi siyasi mərkəzə çevrilib
# 09 mart 2023 10:06 (UTC +04:00)

Bakı Qlobal Forumu əsrarəngizdir. Mən düşünürəm ki, Bakı artıq Davos kimi siyasi mərkəzə çevrilib və burada dünyanın, Avropanın mühüm məsələləri müzakirə edilir.

APA xəbər verir ki, bunu Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda iştirak edən Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko jurnalistlər deyib.

O, Avropanın bir sıra hissələrində, o cümlədən Gürcüstan, Qarabağ, Dnestryanı, Ukraynada münaqişələr davam etdiyini və Rusiyanın Ukraynaya təcavüzünü xatırladıb.

“Elə bir xalq yoxdur desin ki, təhlükəsizlik məsələsi mənim sahəm deyil. Biz bu gün artıq anlayırıq ki, ayrıca olaraq Ukraynanın, Polşanın, Almaniyanın və ya Fransanın təhlükəsizliyi deyə bir anlayış yoxdur. Avropanın yeganə təhlükəsizlik siyasəti var: biz dinc şəkildə yaşayırıq və özümüzü təmin edirik, ya da hər gün Rusiyanın aqressiyası nəticəsində növbəti qurbanları sayacağıq. Buna görə də mən mütəmadi olaraq və dəfələrlə bu forumda iştirak etmişəm”, o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR