Bank Of Baku

Zahid Oruc: Azərbaycan ölkəmiz əleyhinə qətnamələrin korrupsiya ekspertizasını Belçika polisindən tələb etməlidir

Zahid Oruc: Azərbaycan ölkəmiz əleyhinə qətnamələrin korrupsiya ekspertizasını Belçika polisindən tələb etməlidir
# 23 dekabr 2022 14:11 (UTC +04:00)

“Dekabrın 9-da Belçika polisi Avropa Parlamentinin viste-prezidenti Yeva Kaylini 4 nəfər ortağı ilə 1.5 milyon avro nağd pulla birlikdə həbsi haqqında dünya və ölkə mediası ətraflı məlumat verib. Lakin Avropa siyasi institutlarındakı son hadisə korrupsiya sxeminin yalnız görünən hissəsidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisdə çıxışında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, on illərdir dövlətimizi ləkələməyə çalışan və “qara siyahı”lara salanların siyasi riyakarlığı inkaredilməz dəlillərlə ortadadır: “Ötən ilin noyabrında “Ermənistana qarşı təcavüz” adlı qətnamənin müəllifləri indi həbsə atılıblar. Təkcə Avropa Parlamentində deyil, Avropa Şurası Parlament Assambleyasında, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də Belçika və Fransanın inzibati-bürokratik sistemində böyük erməni şəbəkəsi fəaliyyət göstərir. Müxtəlif təşkilatlar arxasında gizlənənlər, Landromat və Panama, Peqasus kimi hibrid müharibə müəllifləri indi Pandora qutusundan çirkli pullarla birgə çıxıblar. Avropa Parlamentində “siyasi korrupsiya şəbəkəsi”sinin digər rəhbəri Rafael Qluksmandır. Bu il fevralın 8-də Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsi “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi”nə dair, martın 11-də “Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edib. Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində və qlobal enerji böhranı fonunda Azərbaycanın geosiyasi əhəmiyyətinin artdığını görən qüvvələr, “hərbi əsirlər videosu”nu gündəmdə saxlayaraq Cosef Borreldən qaz müqaviləsini dayandırmağı tələb etdilər. Oktyabrın 11-də AŞPA Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına təhdidlər", daha sonra ingiltərəli deputat Hanna Bardelli Azərbaycan üzrə məruzəçi, 14 oktyabrda ATƏT PA-nın payız sessiyasında “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar” və “Avropa Şurasına üzv dövlətlərdə LGBT paradların və digər tədbirlərin keçirilməsi ilə bağlı qadağalar”a dair dinləmələr təşkil edilib.

AŞ Monitorinq komitəsi Azərbaycan üzrə Liz Kristofersonu yeni həmməruzəçi təyin etdi. Nəhayət, may ayının 2-də, Azərbaycanda jurnalist, bloger və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamə 38 avrodeputatın imzasına əsasən 3-5 nəfərlik boş zalda səsə qoyuldu və Avroparlamentin 705 üzvünün mövqeyi kimi təqdim edildi. Beləliklə, Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Dünya erməniçiliyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisindən ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekspertizasının keçirilməsini tələb etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR