Bank Of Baku

Zaxarova Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərini daha da gərginləşdirdiyini deyib

Zaxarova Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərini daha da gərginləşdirdiyini deyib
# 27 aprel 2023 14:04 (UTC +04:00)

Qərb dövlətlərinin Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması prosesində iştirakı münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır.

APA xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaz ölkələrinə başlayan səfərini şərh edərək əlavə edib ki, Qərb dövlətləri həmişə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında iştirak etdiklərini bəyan edir.

“Lakin biz görürük ki, onların bu istiqamətdə fəaliyyəti konstruktiv deyil”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR