Bank Of Baku

Zaxarova: Rusiya Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması üçün ardıcıl köməklik göstərir

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 22 fevral 2023 18:26 (UTC +04:00)

Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərin normallaşması üçün ardıcıl köməklik göstərir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və sülhməramlı kontingenti Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması üçün enerjili səylər göstərir.

“Ötən ilin dekabrın 12-dən xeyriyyəçilik təşkilatları ilə birgə regiona 2,5 tondan humanitar yük çatdırılıb. 88 yaşayış məntəqəsində yeddi humanitar aksiya keçirilib. 8 mindən çox uşaq və 800-dən çox aztəminatlı ailələr yardım alıb”, - Rusiya XİN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR