Bank Of Baku

Zelenski yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib - VİDEO

Zelenski yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib - VİDEO
# 09 noyabr 2023 22:02 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski gündəlik müraciətində Azərbaycana və Prezident İlham Əliyevə yardım üçün təşəkkür edib.

APA xəbər verir ki, müvafiq video Zelenskinin sosial media hesablarında yerləşdirilib.

“Bu gün mən Azərbaycana təşəkkür etmək istəyirəm. Qış başlamadan cənab Prezident İlham Əliyev bizim enerji sektorumuza lazımi köməklik göstərdi. Başa düşürük ki, bu qış çətinliklər keçənilkindən az olmaya bilər. Biz hazırlaşırıq. Ukraynanın, xalqımızın, enerji sənayemizin dəstəklənməsi çox vacibdir” – Zelenski vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Energetika Nazirliyinin Ukrayna üçün aldığı 7,6 milyon dollar dəyərində elektrik avadanlıqlarının birinci hissəsini daşıyan 14 yük avtomobilindən ibarət karvan artıq Ukraynaya çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR