Meyvə və tərəvəz istehsalçıları “Aqrolizinq” xətti ilə texnika və avadanlıqlar ala biləcək

Meyvə və tərəvəz istehsalçıları “Aqrolizinq” xətti ilə texnika və avadanlıqlar ala biləcək
# 02 iyul 2018 10:16 (UTC +04:00)

"Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fermerlərə meyvə və tərəvəz istehsalı ilə məşğul olan fermerlərə kənd təsərrüfatı texnikası, traktor və kombaynların gətirilməsində yardımçı olacaq".

APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyində yeni yaradılan Fermerlər, Assosiasiyalar və Kooperativlərlə İş şöbəsinin sədri Araz İsmayılov bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə çıxışında bildirib.

O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə hər cür dəstək göstərəcək. A.İsmayılov qeyd edib ki, nazirlik “Aqrolizinq” ASC-nin xətti ilə Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasına lazım olan texnikanın, traktorların və kənd təsərrüfatı avadanlıqlarının gətirilməsində yardım edə bilər: “Fermerlərimiz, meyvə-tərəvəz istehsalçıları və ixracatçıları kənd təsərrüfatı texnikalarını 10 il müddətinə lizinq yolu ilə “Aqrolizinq”dən ala biləcəklər”.

O, fermerlərə bununla bağlı artıq müraciət etməyin mümkün olduğunu qeyd edib: “Siz bu texnikaların siyahısını Assosiasiyaya təqdim edin. Gələn ilin büdcəsində bütün bunlar nəzərə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR