Bu ildən ARDNF “AzerGold”dan qızıl almağa başlayacaq

Bu ildən ARDNF “AzerGold”dan qızıl almağa başlayacaq
# 09 iyul 2018 21:45 (UTC +04:00)

“Qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün “AzerGold” QSC tərəfindən səylər göstərilməkdədir”.

APA-Economics”in məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “AzerGold” QSC-nin sədri Zakir İrahimov deyib. Onun sözlərinə görə, bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin hasil etdiyi qızılı alacaq.

“Ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq”, - deyə Z.İbrahimov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR