“Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı seminar-treninqlər başlayıb - FOTO

“Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” adlı seminar-treninqlər başlayıb - <span style="color: red;">FOTO
# 15 avqust 2014 11:40 (UTC +04:00)

Quba. Vəli Turan – APA. İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İKGF ARM) Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində Azərbaycanda dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə silsilə seminar-treninqlərə başlayıb. “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan” müasir çağırışlar və tolerantlıq mövzusundakı seminar-treninqlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə həyata keçirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, seminar-treninqlərdən birincisi avqustun 15-də Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib.

Tədbirdə DQİDK-nın, İKGF-nin, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib. Açılışda “Azərbaycan - tolerantlıq məkanı” adlı videoçarx nümayiş olunub.

Milli Tolerantlıq Mərkəzinin direktoru Elmin Əliyev deyib ki, silsilə treninqlərin avqust-sentyabr ayları ərzində Şamaxı (Qobustan, Şamaxı, İsmayıllı), Göyçay (Ağsu, Göyçay, Ağdaş), Oğuz, (Qəbələ, Oğuz, Şəki), Zaqatala (Zaqatala, Qax, Balakən), Cəlilabad (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran) rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR