Təhsil Problemləri İnstitutu Amerikada təhsil almış tələbələrin təcrübəsini öyrənir

Təhsil Problemləri İnstitutu Amerikada təhsil almış tələbələrin təcrübəsini öyrənir
# 09 sentyabr 2013 15:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu və İREX təşkilatının birgə təşkilatçılığı, “Amerika Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşəbbüsü ilə Amerika-Azərbaycan Təhsil Mərkəzində seminar keçirilib. Təhsil Problemləri İnstitutundan APA-ya verilən xəbərə görə, seminarda institutunun direktoru Qulu Novruzov və əməkdaşları, Amerika Məzunları Birliyinin nümayəndələri iştirak ediblər.

Seminarda orta təhsil sahəsində ən qabaqcıl nəticələrə sahib olan Finlandiya və Sinqapurun təhsil təcrübəsinə dair təqdimatlar olub və müzakirələr aparılıb. “Amerika Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi ilə Təhsil Problemləri İnstitutu arasındakı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi qərara alınıb.

Yaxın günlərdə Təhsil Problemləri İnstitutunda Amerikada təhsilin siyasəti, təhsilin idarə edilməsi üzrə magistr dərəcəsi almış şəxslərlə növbəti görüş keçiriləcək. Onların təkliflərinin, ideyalarının həyata keçirilməsinə institut tərəfindən lazımi dəstək göstəriləcək. Bundan sonra da təhsilin müxtəlif sahələrinin inkişafına dair birgə əməkdaşlığına davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR