Dünən Bakıda 2 bıçaqlanma hadisəsi qeydə alınıb

Dünən Bakıda 2 bıçaqlanma hadisəsi qeydə alınıb
# 05 fevral 2014 08:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən sutka ərzində (dünən səhər 09:00-dan bugün saat 09:00-dək) Bakıda 2 bıçaqlanma hadisəsi qeydə alınıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, hadisələrdən biri Şüvəlan qəsəbəsində, digəri isə Pirşağıda baş verib. Onun sözlərinə görə, Şüvəlanda baş verən hadisə nəticəsində oğrular evə girib: “Nəticədə evdə olan 63 yaşlı kişi bıçaqlanıb və təcili yardımın köməkliyi ilə Sabunçu rayon xəstəxanasına aparılıb. Digər bıçaqlanma hadisəsi isə Pirşağıda baş verib və bıçaqlanan 49 yaşlı kişi Sabunçu rayon xəstəxanasına yerləşdirilib”.

Z.Vahidova vurğulayıb ki, dünən paytaxtda intihar hadisəsi də baş verib. Onun sözlərinə görə, Binəqədi rayonunda 29 yaşlı kişi özünü asıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR