Bakı sakinini bıçaqlayan şəxs tutulub

Bakı sakinini bıçaqlayan şəxs tutulub
# 28 sentyabr 2015 09:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda adam bıçaqlamaqda şübhəli bilinən Quba sakini saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA- verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 24-də Rəşid Behbudov küçəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Etibar Mehtiyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Quba rayon sakini, 1992-ci il təvəllüdlü Maarif Dəmirov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR