Ukraynanın Luqansk şəhərində son ay ərzində 93 dinc sakin həlak olub

Ukraynanın Luqansk şəhərində son ay ərzində 93 dinc sakin həlak olub
# 28 iyul 2014 20:55 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Luqansk şəhərində gedən hərbi əməliyyatlar nəticəsində iyulun əvvəlindən 93 dinc sakin həlak olub, 407 nəfər yaralanıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu müddət ərzində 97 çoxmərtəbəli bina, 286 fərdi ev, 23 məktəb, 21 uşaq bağçası, 3 tibb müəssisəsi, 7 təhsil ocağı və avtovağzal dağıdılıb.

Şəhərdə ticarət obyektlərinin əksəriyyəti işləmir, yanacaq yox səviyyəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR