ATƏT-in Bakıdakı layihə koordinatoru: “Bizim ümumi məqsədimiz dialoq vasitəsilə əməkdaşlığı gücləndirməkdir”

ATƏT-in Bakıdakı layihə koordinatoru: “Bizim ümumi məqsədimiz dialoq vasitəsilə əməkdaşlığı gücləndirməkdir”
# 19 may 2015 13:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “ATƏT-in Minsk Qrupu uzun müddət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışıb, amma nəticə əldə edilməyib”.


APA-nın məlumatına görə, bunu III Mədəniyyətlərarası Forumun plenar iclasında ATƏT-in Bakıdakı layihə koordinatoru, səfir Aleksis Şaxtantinski deyib.

Səfir bildirib ki, dünyada problemlər baş verir və mədəniyyətlərarası dialoqu yaratmaqdan söhbət gedirsə, ilk növbədə etimad təmin olunmalıdır: “Bu çətinliklərlə biz Qərbi Avropada da üzləşirik. Etimad böhranı, ayrı-seçkilik baş verir, miqrasiya prosesləri artıb. Ksenofobiya və islamofobiyanın artması bizim cəmiyyətlərimiz üçün təhlükəlidir. Bu baxımdan ATƏT kimi beynəlxalq təşkilatlar nə edə bilər?! ATƏT-in Minsk Qrupu uzun müddət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışıb, amma nəticə əldə edilməyib. Biz Ukraynadakı proseslərdə də iştirak edirik. Təşkilatımız münaqişələrin qarşısının alınmasında iştirak etməlidir. Bizim ümumi məqsədimiz dialoq vasitəsilə əməkdaşlığı gücləndirməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR