AMİP Mərkəzi Şurasının iclası keçirilib

AMİP Mərkəzi Şurasının iclası keçirilib
# 24 dekabr 2012 11:22 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının iclası keçirilib.

AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyaları arasında inteqrasiya məsələləri, 2013-cü il prezident seçkilərinə hazırlığın vəziyyəti, müstəqil hüquqşünasların hazırladığı seçki memorandumu sənədləri, insan hüquqlarının vəziyyəti, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması və cari məsələlər geniş müzakirə olunub.

Gündəlikdə olan məsələlərlə bağlı AMİP sədri Yusif Bağırzadə, iclasa sədrlik edən AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov çıxış ediblər. Mərkəzi Şuranın üzvləri ölkənin aparıcı müxalifət qüvvələrinin bir araya gəlməsini və birgə mübarizənin vacib olduğunu da bildiriblər.

İclasda Mərkəzi Şuranın qətnaməsi də qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR