Geoloqlar: Gələcəkdə bütün qitələr bir materikdə birləşəcək

Geoloqlar: Gələcəkdə bütün qitələr bir materikdə birləşəcək
# 10 avqust 2016 15:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dünyanın müxtəlif ölkələrinin geoloqlarının birgə apardıqları hesablamalara görə, gələcəkdə bütün qitələr birləşərək bir materik təşkil edəcək.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, artıq qitələrin birləşməsi müşahidə edilməkdədir.

Belə ki, qitələr ildə üç santimetr bir-birinə doğru hərəkət edir. Elm adamları bu dəyişikliklər nəticəsində Hind okeanının kontinentlərin birləşməsindən əmələ gələn böyük materikin ortasında qalacağını iddia edirlər. Bundan əlavə Avstraliya ilə Antarktidanın birləşəcəyi, bu birləşmənin Asiyadan kiçik bir körfəzlə ayrılacağı, Sibirin isə tropik iqlim zonası olacağı iddiası irəli sürülür.

Alimlər bu yeni materikə Pangey Proksima adını verməyi düşünürlər.

Qeyd edək ki, bir vaxtlar Pangey adlı bir materikdən ibarət olan Yer kürəsi dreyf (axın və ya külək vasitəsilə ayrılma) prosesi nəticəsində qitələrə bölünüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR