Avropa Birliyi radiasiya təhlükəsizliyi sahəsində Azərbaycana dəstək verir - FOTO

Avropa Birliyi radiasiya təhlükəsizliyi sahəsində Azərbaycana dəstək verir - <span style="color: red;">FOTO
# 15 fevral 2013 08:49 (UTC +04:00)

APA-nın məlumatına görə, FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Radiasiya Müdafiə Mərkəzi və Litva layihələrin idarə olunması Mərkəzi Agentliyinin reallaşdırdığı layihənin təqdimat mərasimində fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə və Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia iştirak ediblər.

Faiq Tağızadə qeyd edib ki, Azərbaycan radiasiya təhlükəsizliyi məsələlərinə böyük diqqət ayırır. O xatırladıb ki, ötən il Azərbaycan prezidentinin sərəncamı ilə Suraxanı və Ramanadakı zavodların tullantılarının təmizlənməsi və basdırılması işləri aparılıb və b iş AEBA tərəfindən yüksək qiymətləndirilib.

Səfir Roland Kobia isə öz növbəsində bildirib ki, bu, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirilən ilk tvinniq layihəsidir. O Azərbaycanla əməkdaşlıqda tvinninq layihələri alətindən uğurla istifadə olunduğunu vurğulayıb: “Bizim üçün bu çox vacibdir, çünki baxmayaraq ki, Azərbaycanda nüvə zavodları yoxdur, radiasiya sərhəd tanımır. Regiondakı bəzi ölkələrdə nüvə stansiyaları var, buna görə də radiasiya yoluxması ehtimalı var”.

Layihənin təqdimat mərasimində Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas və Litva Radiasiya Müdafiə Mərkəzinin direktoru Albinas Mastauskas da iştirak ediblər.

İki illik layihənin məqsədi Azərbaycanda ionlaşmış şüalanmanın təsirini müşahidə etmək prosesini təkmilləşdirmək, bütün növ şüalanma mənbələri üzərində nəzarətə dair energetika siyasətini möhkəmlətməkdir.

Layihənin maliyyələşməsinə 950 min avro sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR