İran xarici işlər naziri Tacikistana səfər edib

İran xarici işlər naziri Tacikistana səfər edib
# 29 mart 2013 08:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran xarici işlər naziri Əli Əkbər Salehi Tacikistana səfər edib.

APA-nın məlumatına görə, səfərdə məqsəd martın 29-da Düşənbə şəhərində keçiriləcək Asiya Əməkdaşlıq Dialoq Təşkilatı (ACD) ölkələrinin xarici işlər nazirlərinin sammitində iştirak etməkdir.

Yığıncaqda təhlükəsizlik, enerji, texnologiya, informasiya, nəqliyyat, əkinçilik, ekologiya, turizm və s. məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, ACD ölkələrinin xarici işlər nazirlərinin toplantısı ilk dəfə 2002-ci ildə keçirilib, həmin ildən hər il təşkil edilir. Quruma 31 ölkə daxildir və hazırda təşkilata müvəqqəti olaraq Tacikistan rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR