Hüseyn Cavidin ailəsinə ağır itki üz verib

Hüseyn Cavidin ailəsinə ağır itki üz verib
# 28 avqust 2014 09:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin ailəsinə ağır itki üz verib.

AMEA Hüseyn Cavidin Ev Muzeyindən APA-ya verilən xəbərə görə, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, muzeyin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.

Şair, publisist Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1966-cı ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini, 1972-ci ildə isə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olan Ə.Naxçıvanlı çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və bədii kitabları redaktə edib, onların ideya məzmun, dil-üslub cəhətdən qüsursuz işıq üzü görməsində əməyini əsirgəməyib. 1965-ci ildən ölkə mətbuatında müntəzəm çıxış edən Ə.Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirləri və poemalarından ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR