İranla AEBA arasında müzakirələr başa çatıb

İranla AEBA arasında müzakirələr başa çatıb
# 13 fevral 2013 23:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyəti arasında fevralın 13-də Tehranda keçirilən müzakirələr başa çatıb. APA-nın İSNA-ya istinadən məlumatına görə, danışıqların nəticəsi ilə bağlı hələlik məlumat verilməyib. Müzakirələrə Tehran tərəf İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyyənin, AEBA nümayəndələri isə agentliyin icraçı direktorunun müavini Herman Nakartesin rəhbərliyi ilə qatılıb.

Qeyd edək ki, daha öncə İranın xarici işlər naziri Əli Əkbər Salehi bu görüşdə tərəflər arasında “Parçin” hərbi obyektiylə bağlı müzakirələrin aparılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR