Bakıda baş verən kütləvi davanın iştirakçıları tutulub

Bakıda baş verən kütləvi davanın iştirakçıları tutulub
# 05 mart 2012 07:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında kütləvi dava olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 19-da, F.Xoyski prospektində yerləşən restoranda naməlum şəxslər orada işləyənlər, Bakı şəhər sakinləri Azəri Əliyev və Əsvər Quliyevi döyüblər.

Nəticədə A. Əliyev bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət almışdır. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A. Əliyevə və Ə. Quliyevə qarşı xuliqanlıq edənlər, Bakı şəhər sakinləri Elnur Hüseynov, Fərid Həmidzadə, Nurəli Babaəliyev, Vüqar Ramazanov, Emil Mustafayev və Fərid Qurbanov martın 4-də tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR