Cəlilabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs tutulub

Cəlilabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs tutulub
# 08 avqust 2012 10:12 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən zərərsizləşdirilib. Şöbədən APA-nın Cənub bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhərinin “İran bazarı” ərazisində Yardımlı rayonunun Astanlı kənd sakini, 36 yaşlı Aftandil Ağayev şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus “Niva” markalı avtomobilin yük yerinə baxış keçirərkən oradan 1 kiloqramadək narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR