Zaqatalada 23 yaşlı gənc özünü asıb

Zaqatalada 23 yaşlı gənc özünü asıb
# 12 sentyabr 2012 06:33 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda intihar hadisəsi baş verib. Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Göyəm kənd sakini, 1989-cu il təvəllüdlü Qudiyev Asif Abdulla oğlu sentyabrın 11-dən 12-ə keçən gecə özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş altıaçıqda asıb. A. Qudiyevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR