Eşton: «AB Suriyaya qarşı sanksiyaları genişləndirəcək»

Eşton: «AB Suriyaya qarşı sanksiyaları genişləndirəcək»
# 25 fevral 2012 02:21 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi fevralın 27-də Suriyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır. Bu barədə AB diplomatiyasının şefi Ketrin Eşton bəyan edib. Fevralın 27-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Fransanın xarici işlər naziri Alen Jüppe yeni sanksiyalar çərçivəsində Suriya Mərkəzi Bankının aktivlərinin dondurulacağını bildirib.

Həmçinin yeni sanksiyalar arasında Suriyaya fosfat, qızıl, digər qiymətli metalların və almaz ixracı və oradan idxalı qadağan ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR