Milli Məclisin üzvü Qənirə Paşayevaya Gürcüstanın “Şərəf” ordeni təqdim edilib - FOTOSESSİYA

Milli Məclisin üzvü Qənirə Paşayevaya Gürcüstanın “Şərəf” ordeni təqdim edilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 mart 2012 09:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevaya Gürcüstanın “Şərəf” ordeni təqdim edilib. APA-nın məlumatına görə, bununla bağlı Gürcüstanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bildirib ki, Q. Paşayeva ölkələr arasında əlaqələrin və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfə və beynəlxalq aləmdə Gürcüstanın maraqlarını dəstəklədiyinə görə prezident Mixail Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Q. Paşayeva isə bəyan edib ki, bu orden Gürcüstan dövlət başçısının parlamentlərarası dostluq qrupunun fəaliyyətinə verdiyi qiymətdir: “Bu gün Azərbaycan və Gürcüstan arasında dostluq və strateji müttəfiqlik mövcuddur. Bu əlaqələr gələcəkdə daha da güclənəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR