Avropa Azərbaycan Cəmiyyəti: Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün daha ciddi cəhd nümayiş etdirməlidir
06 iyul 2012 14:10 (UTC +04:00)
AAC-dan APA-ya verilən məlumata görə, Van Rompeyin Bakı səfəri bir neçə Avropa Birliyi strukturlarının Azərbaycanla bağlı işçi sənədlərini təqdim etdiyi intensiv siyasi yazın bitməsinin göstəricisidir. AAC-ın Belçika ofisinin rəhbəri Roman Huna Herman bəyan edib ki, Van Rompeyin Azərbaycana ilk səfəri AB ilə Azərbaycan arasında əlaqələrin güclənməsinin təcəssümüdür və hər iki tərəfin xüsusilə enerji, ticarət və investisiya sahələrində qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərinin olmasından xəbər verir.
R. Huna Van Rompeyin sürətli inkişaf edən enerji əməkdaşlığını ikitərəfli münasibətlərin vacib müsbət istiqaməti kimi vurğulamasını və yeni assosiativ saziş, o cümlədən ticarət və investisiya üzrə danışıqlarda irəliləmək üçün böyük potensialın olduğunu qeyd etməsini alqışlayıb. O, həmçinin AB prezidentinin Azərbaycanın dünyəvi cəmiyyət kimi rolunu tərifləməsini yüksək qiymətləndirib. Lakin R. Huna bəyan edib ki, Van Rompeyin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı sözləri kifayət deyil: “Avropa Birliyi beynəlxalq hüquqa hörmətin zərurətini bildirməli və regional stabilliyə təhlükə olan münaqişənin həll edilməsi ilə bağlı daha çox fəallıq nümayiş etdirməli idi. Bu, həm AB və Azərbaycan arasında təhlükəsiz və stabil əməkdaşlıq üçün əsas, həm də Azərbaycandakı 875 min məcburi köçkün üçün ümid olardı. Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra Van Rompey ölkənin sürətli inkişaf etdiyini vurğulayaraq üç məsələni qeyd edib: Münasibətlərin dəyəri və hər iki tərəfin əməkdaşlıqla əldə etdiyi faydalar, Azərbaycanın dini tolerantlıq prinsiplərinə tərəfdarlığı və Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyi. O, çıxışını “AB-Azərbaycan tərəfdaşlığının yüksək səviyyəyə qaldırmaq üçün biz birgə öhdəliyimizi təsdiqləyə bildiyimizə görə şadam” sözləri ilə bitirib”.

Xarici siyasət
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024