Qəbələdə Nohur gölü daşıb, istirahət komplekslərinə ziyan dəyib - FOTO

Qəbələdə Nohur gölü daşıb, istirahət komplekslərinə ziyan dəyib - FOTO
# 18 may 2024 11:32 (UTC +04:00)

Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohur gölün daşmasına səbəb olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hazırda gölün səviyyəsində orta hesabla 1.5 metr və ya 2 metr kimi yüksəlmə müşahidə olunur.

Göldə su səviyyəsinin qalxması nəticəsində, gölün ətrafında olan istirahət komplekslərinə ziddi ziyan dəyib. Göl genişlənərək 180-200 metr irəliləyib.

Hazırda FHN-in Şimal Qərb Regional Mərkəzininn Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən gölün suyunun pompalanması istiqamətində işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR