NATO PA-dakı parlamentarilər də “Eurovision-2012” mahnı müsabiqəsinin finalını yüksək qiymətləndiriblər
27 may 2012 17:31 (UTC +04:00)
Bakı-APA. “Eurovision-2012” mahnı müsabiqəsinin finalı NATO Parlament Assambleyasının Tallində keçirilən yaz sessiyasında iştirak edən parlamentarilər tərəfindən də yüksək qiymətləndirilib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə hazırda Tallində olan partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib.
Q. Həsənquliyev deyib ki, assambleyanın bu gün keçirilən toplantısından öncə hər kəs “Eurovision-2012”-nin finalının yüksək səviyyədə təşkil olunmasından danışıb: “Müsabiqənin finalı hər kəsi heyrətləndirib. Bu gun tamamilə fərqli ölkələri təmsil edən parlamentarilər bizə yaxınlaşır və ölkəmizin bu uğurlu təşkilatçılığına görə bizi də təbrik edirdilər. NATO Parlament Assambleyası kimi nüfuzlu bir qurumda təmsil olunan insanlardan bu qədər gözəl sözlər eşitmək, onların necə heyrətləndiklərini görmək olduqca qürurvericidir. Buna görə də “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə və İctimai Televiziyaya dərin minnətdarlığımı bildirirəm”.

Mədəniyyət siyasəti
Adil Kərimli Samuxda vətəndaşları qəbul edəcək
17:53
27 may 2024
Tacikistan Mədəniyyəti Günləri başa çatıb - FOTO
10:57
24 may 2024
Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib
19:18
23 may 2024
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024