Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb
![Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb](https://apa.az/storage/news/2012/july/15/big/blank.jpg)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gündən I ixtisas qrupunun abituriyentləri TQDK-nın rəsmi internet saytından “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
Qeyd edək ki, ali məktəblərin I ixtisas qrupu üzrə imtahanlar iyulun 20-də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək. İmtahanda 33533 nəfərin iştirak edəcəyi gözlənilir. I ixtisas qrupuna sənəd verən 34678 abituriyentdən 1145 nəfəri imtahana buraxılmayacaq. Onlardan 600 nəfər rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib. Həmin şəxslərdən 32 nəfər həm buraxılış, həm də rus bölməsi üzrə Azərbaycan dili imtahanından qeyri-məqbul alıb. 545 nəfər isə buraxılış imtahanlarından kəsildiyinə görə I ixtisas qrupunun imtahanında iştirak edə bilməyəcək.

Sosial
![Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir](https://apa.az/storage/news/2024/june/24/big/66796a5e0ebba66796a5e0ebbb171923311866796a5e0ebb866796a5e0ebb9.jpg)
Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir
![Oxuyub-yazmağı bacarmayan IX və XI sinif şagirdlərinin sayı açıqlanıb](https://apa.az/storage/news/2024/june/24/big/667969f76c44c667969f76c44d1719233015a4fcadb83d4dbcafacf765ce320a7758.jpg)
Oxuyub-yazmağı bacarmayan IX və XI sinif şagirdlərinin sayı açıqlanıb
![Ötən il qəbul imtahanlarından “2” qiymət alanların faizi artıb](https://apa.az/storage/news/2024/june/24/big/667967fc283ad667967fc283af1719232508fc4bc01f45648c57c5d3e1e2f67dd9b3.jpg)
Ötən il qəbul imtahanlarından “2” qiymət alanların faizi artıb
![Hərbi Prokurorluqda Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib](https://apa.az/storage/news/2024/june/24/big/667968556931d667968556931e1719232597667968556931a667968556931c.jpg)