İordaniya İrandan qaz almaqda maraqlı olduğunu bəyan edib

İordaniya İrandan qaz almaqda maraqlı olduğunu bəyan edib
# 07 mart 2012 13:49 (UTC +04:00)
Bakı - APA-Economics. İordaniya qaz idxalının diversifikasiyasına çalışır və bununla əlaqədar İran qazının alınmasında maraqlıdır. “APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, bu bəyanatla ölkənin Energetika Nazirliyinin rəsmi nümayəndəsi Mahmud əl-Eys çıxış edib.

“Hələlik İrandan qaz satışına dair təklif almamışıq. Amma belə bir təklif olarsa, bu variantı nəzərdən keçirə bilərik” - deyə Mahmud əl-Eys bildirib.

İranın İordaniyadakı səfiri Mustafa Müslihzadə isə bu məsələdə tərəflərin maraqlarının üst-üstə düşdüyünü vurğulayıb. Yaxın vaxtlarda Tehranın İordaniyaya rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, İordaniya Misir qazından asılılığını azaltmaq üçün Qətər, Səudiyyə Ərəbistanı və Azərbaycanla da danışıqlar aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR