Misirdə Türkiyənin “Anadolu” Xəbər Agentliyinin (AA) Qahirə ofisində həbs edilib dünən azadlığa buraxılan Hilmi Balçı bu sabah Türkiyəyə qayıdıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, AA-nın Qahirə Ofisinin maliyyə və idarəetmə işləri üzrə məsul şəxsi Hilmi Balçı bildirib ki, həbsdən buraxılmasında başda Türkiyə Prezidenti olmaqla bir çox rəsmi qurumların dəstəyi olub.
***
09:43
Misirdə Türkiyənin “Anadolu” Xəbər Agentliyinin (AA) Qahirə ofisində həbs edilən 4 əməkdaşından biri - Türkiyə vətəndaşı Hilmi Balçı azadlığa buraxılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, AA-nın rəhbəri Şenol Kazançı bildirib ki, digər 3 əməkdaşın da zəmanətlə buraxılması gözlənilir. Şenol Kazançı AA əməkdaşlarının həbsini beynəlxalq hüquqa zidd hesab etdiyini və bununla əlaqədar lazım olan tədbirlərin görüləcəyini bildirib.
Xatırladaq ki, yanvarın 14-də Misirdə polis əməkdaşları AA-nın Qahirə ofisində əməliyyat keçirib, agentliyin 4 əməkdaşı naməlum istiqamətə aparılıb. Əməkdaşları terrorla əlaqədə ittiham etməklə polis ofisdəki təhlükəsizlik kameraları və interneti qapamaqla orada araşdırma aparıb.
BMT başda olmaqla bir çox beynəlxalq təşkilat bu hadisəni pisləyib.