Azərbaycanın şimal-qərb rayonlarına təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb rayonlarına təbii qazın verilməsi dayandırılıb
# 24 aprel 2009 09:51 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb rayonlarına təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Məlumata görə, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi bu gün səhər saat 9 radələrindən kəsilib. Zaqatala Qaz İstismarı İdarəsindən APA-ya verilən məlumatda bölgəyə mavi yanacağın verilməsinin dayandırılması faktı təsdiqlənib. Buna səbəb Yevlax-Balakən magistral qaz kəmərinin 104-cü kilometrliyində qaz sızmasının aşkar edilməsi göstərilib. Hazırda Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları qaz kəmərində baş verən sızmanın aradan qaldırılması istiqamətində təmir işləri aparır. Axşam saatlarına kimi təmir işlərini başa çatacağı, bölgəyə mavi yanacağın verilməsinin bərpa ediləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR