Bank Of Baku

Misir ordusu liviyalı qaçqınlar üçün düşərgələr yaradıb

Misir ordusu liviyalı qaçqınlar üçün düşərgələr yaradıb
# 22 fevral 2011 02:24 (UTC +04:00)
Bakı-APA. Misir ordusu Liviya qaçqınları üçün 2 səhra hospitalı və düşərgə açıb. Bu barədə Misir Silahlı qüvvələrinin ali şurası məlumat yayıb.

Fevralın 21-də yüzlərlə liviyalı və misirli Əs-Sallum şəhərciyi rayonunda Misir sərhədini keçiblər. Onlar Liviyadakı qarşıdurmadan canlarını xilas etmək istəyiblər. Verilən məlumata görə, Liviyanın Tobruk şəhərində ən azı 20 misirli həlak olub. Artıq Liviyanı 4 min misirli tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR