Bank Of Baku

Rusiyanın fotoqraflar qrupu Liviyada itkin düşüb

Rusiyanın fotoqraflar qrupu Liviyada itkin düşüb
# 22 fevral 2011 15:17 (UTC +04:00)
Bakı - APA. Reportaj hazırlamaq üçün Liviyaya gedən rusiyalı fotoqraflar qrupu itkin düşüb.

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, 4 kişi və 3 qadından ibarət qrup iki gündür əlaqəyə çıxmır.

Onların adları açıqlanmır. Liviyanın cənubuna yollanan qrup Əlcəzair və Çad sərhədinə baş çəkib. Onlar Tripoliyə qayıtmağı və fevralın 21-də İstanbuldan Moskvaya dönməyi planlaşdırırlarmış.

Fotoqrafların harada olması haqqında heç bir rəsmi məlumat yoxdur. Onlar Tripolidəki Rusiya səfirliyinə müraciət etmədiklərindən, Liviyadan evakuasiya olunacaq Rusiya vətəndaşlarının siyahısında da adları keçmir.

Qeyd edək ki, hazırda Liviyada 560 Rusiya vətəndaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR