Bank Of Baku

Liviyanın ABŞ-dakı səfiri istefa verib və Qəddafini diktator adlandırıb

Liviyanın ABŞ-dakı səfiri istefa verib və Qəddafini diktator adlandırıb
# 22 fevral 2011 16:27 (UTC +04:00)
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Liviyanın ABŞ-dakı səfiri Əli Aucali də istefa verənlərin sırasına qoşulub.

Diplomat bəyan edib ki, daha Liviya lideri Müəmmər Qəddafinin diktator rejiminə işləmək niyyətində deyil: “Mən bu diktator rejiminə işləməyəcəyəm. Amma Liviya xalqına xidmət etməkdən də əl çəkməyəcəyəm. O vaxta qədər ki, bütün dünya onun səsini eşidəcək və xalq məqsədlərinə çatacaq”.

Bundan başqa, Liviyanın Mərakeşdəki səfirliyinin mətbuat katibi Əzəddin Luac da istefa verib: “Mən daha Liviya xalqını məhv edən bu rejimə işləməyəcəyəm”. O əlavə edib ki, imkan tapan kimi Liviyaya qayıdacaq və nümayişçilərə qoşulacaq.

Qeyd edək ki, bundan əvvəl Liviyanın Avstraliya, Banqladeş, Polşa və İndoneziyadakı səfirləri, BMT-dəki nümayəndəliyinin rəhbərliyi və əməkdaşları da istefa verərək, nümayişçiləri dəstəklədiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR