Bank Of Baku

Qəddafi xalqa sabahdan etibarən Liviyada yeni həyatın başlanacağını vəd verib

Qəddafi xalqa sabahdan etibarən Liviyada yeni həyatın başlanacağını vəd verib
# 22 fevral 2011 19:21 (UTC +04:00)
Bakı-APA. Kütləvi etiraz aksiyaları iştirakçılarının istefasını tələb etdiyi Liviyanın dövlət başçısı Müəmmər Qəddafi, televiziya müraciətində Liviya xalqına vəd verib ki, ölkədə sabahdan etibarən yeni həyat başlanacaq.

APA-nın verdiyi xəbərə görə, Qəddafi deyib: “Yeni Xalq Sosialist Cəmahiriyyəsi (xalqın hakimiyyətini nəzərdə tutan Liviya dövlətinin rəsmi adının bir hissəsi) sabah başlayır”.

O, özünümüdafiə və Liviya inqilabını qorumaq məqsədi ilə əhalini təhlükəsizlik komitələri yaratmağa çağırıb.

Liviyada fevralın 15-dən bəri baş vermiş iğtişaşlarda 500-dən çox adam həlak olub. Dünya ictimaiyyəti Liviya hökumətini ölkədə zorakılığı dərhal dayandırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR