Bank Of Baku

Daha bir neçə keçmiş siyasətçiyə Misiri tərk etmək qadağan olunub

Daha bir neçə keçmiş siyasətçiyə Misiri tərk etmək qadağan olunub
# 23 fevral 2011 23:49 (UTC +04:00)
Bakı-APA. Misirin baş prokuroru Əbdül Məcid Mahmud bir neçə yüksək səviyyəli siyasətçi və iri biznesmenlərə ölkəni tərk etməyi qadağan edən göstəriş verib.

Beləliklə, keçmiş baş nazir Atəf Übeyd, keçmiş mədəniyyət naziri Faruk Hüsni, Radio və televiziya birliyinin keçmiş rəhbəri Üsamə əş-Şeyx və 9 biznesmen üçün sərhəd bağlanıb.

Daha öncə analoji qərar keçmiş baş nazir Əhməd Nəzif, informasiya, daxili işlər, turizm, mənzil təsərrüfatı, ticarət və sənaye nazirləri barəsində verilmişdi. Onların adı korrupsiya cinayətlərində hallandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR