Bank Of Baku

Qəddafinin şəxsi pilotu Avropaya qaçıb

Qəddafinin şəxsi pilotu Avropaya qaçıb
# 24 fevral 2011 10:34 (UTC +04:00)
Bakı - APA. Liviya lideri Müəmmər Qəddafinin şəxsi pilotu ölkədə baş verən kütləvi iğtişaşlarla əlaqədar Avropaya qaçıb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən məlumatına görə, Norveç vətəndaşı olan Odd Birger Yohansen həyat yoldaşı və qızı ilə birlikdə Avstriyaya sığınıb.

Vyanada jurnalistlərə açıqlama verən sabiq pilot Liviyada vəziyyətin həddən artıq gərgin olduğunu bildirib: “Mən qəhrəman deyiləm. Ona görə də evə qayıtmağı qərara aldım”.

O.B.Yohansen Norveçə qayıtdıqdan sonra Qəddafi ilə necə işlədiyi, eləcə də Liviya liderinin şəxsi həyatı barədə açıqlamalar verəcəyini vurğulayıb: “Şəxsən mən ondan pis heç nə görməmişəm. O, hər zaman mənimlə çox mülayim davranıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR