Bank Of Baku

Misir mətbuatı: Hüsnü Mübarək Səudiyyə Ərəbistanında müalicə olunur

Misir mətbuatı: Hüsnü Mübarək Səudiyyə Ərəbistanında müalicə olunur
# 02 mart 2011 09:18 (UTC +04:00)
Bakı – APA. Misirin keçmiş prezidenti Hüsnü Mübarək Səudiyyə Ərəbistanında müalicə olunur. APA-nın xəbərinə görə, bu barədə Misirin “Əl-Axbar” qəzeti məlumat yayıb. Misir Silahlı Qüvvələrinin Ali Şurası və Misirin Səudiyyə Ərəbistanındakı səfirliyi bu informasiyanı təkzib etsə də, qəzet H. Mübarəkin Tabuk şəhəri yaxınlığındakı hərbi bazada olduğunu yazıb. Onun mədəaltı vəzi və bağırsaq xərçəngindən əziyyət çəkdiyi və hakimiyyətdən kənarlaşdıqdan 2 gün sonra ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına getdiyi bildirilir.

Qeyd edək ki, Misirin baş prokuroru Abdel Macid Mahmud fevralın 28-də H. Mübarək və onun ailə üzvlərinin ölkəni tərk etməsinə qadağa qoyub. Sabiq prezidentin, eləcə də həyat yoldaşı Suzanna, oğulları Əli və Camalın, onların həyat yoldaşları və uşaqlarının bütün əmlakına həbs qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR