Bank Of Baku

Müəmmər Qəddafi və Amr Musa Venesuela prezidentinin nizamlama planını qəbul ediblər

Müəmmər Qəddafi və Amr Musa Venesuela prezidentinin nizamlama planını qəbul ediblər
# 03 mart 2011 10:22 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəddafi və Ərəb Dövlətləri Liqasının baş katibi Amr Musa Venesuela prezidenti Uqo Çavesin Liviya münaqişəsinin sülh yolu ilə nizamlanması planına razılıq veriblər. APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Telekanalın xəbərinə görə, Çaves hər iki şəxslə telefon danışığı apararaq planını reallaşmasına razılıq alıb. Plan Liviyaya Latın Amerikası, Avropa və Yaxın Şərq ölkələrindən təşkil olunmuş vasitəçi missiyanın göndərilməsini nəzərdə tutur. Missiya münaqişə tərəfləri ilə danışıqlar aparacaq və Liviyaya xarici hərbi müdaxilənin qarşısını alacaq. Xatırladaq ki, Müəmmər Qəddafi Liviyada çoxlu sayda insan ölümü faktını araşdırmaq üçün BMT-dən təhqiqat qrupu göndərilməsini təklif edib. Qərbə mesaj verən Liviya lideri bildirib ki, hər hansı xarici hərbi müdaxilə minlərlə liviyalının ölümünə səbəb olacaq. Ərəb Ölkələri Liqası Xarici İşlər Nazirləri Şurası da Liviyaya xarici müdaxiləni qəti şəkildə rədd edib. Xatırladaq ki, Liviyada 3 həftədir davam edən iğtişaşlarda çoxlu sayda insan ölüb. Yerli hüquq müdafiəçiləri müxalifətlə Qəddafi tərəfdarlarının qarşıdurmasında ölənlərin sayının 6 min nəfəri keçdiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR