Bank Of Baku

Nigeriyada baş vermiş partlayışda 10 nəfər həlak olub

Nigeriyada baş vermiş partlayışda 10 nəfər həlak olub
# 03 mart 2011 20:41 (UTC +04:00)
Bakı-APA. Nigeriya paytaxtından 40 km aralıqda yerləşən Sula şəhərində baş vermiş partlayışda 10 nəfər həlak olub.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, partlayış Nigeriyanın hakim Xalq Demokratik Partiyasının seçkiqabağı mitinqi zamanı baş verib.

Nigeriya polisi bildirib ki, naməlum şəxslər aksiya iştirakçılarının toplaşdığı yerə əl qumbarası atıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Bir qədər əvvəl müxalifət partiyaları hakimiyyəti onlara kütləvi aksiyalar keçirməyə əngəl törətməkdə günahlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR